Bakı. Trend:
2024-cü ilin 1-ci yarımili ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 2807 zəng qəbul edilib.
Daxil olan zənglərin 2431-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 171-i təşəkkür xarakterli, 205-i isə digər məsələlərlə bağlı olub.
Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildə qeydə alınaraq cavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrə nazirliyin müvafiq struktur bölmələrinə və tabeli qurumlara yönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıb.