...

Azərbaycan nefti ucuzlaşıb

İqtisadiyyat Materials 4 İyul 2024 09:44 (UTC +04:00)

Bakı. Trend:

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,73 ABŞ dolları, yaxud 0,81 % azalaraq 90,05 ABŞ dolları təşkil edib.

Trend xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 86,83 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti