...

Mastercard hazırda Azərbaycanda nəqliyyat layihələrinin genişləndirilməsi üzərində işləyir (Özəl)

Telekommunikasiya Materials 4 İyul 2024 08:24 (UTC +04:00)
Mastercard hazırda Azərbaycanda nəqliyyat layihələrinin genişləndirilməsi üzərində işləyir (Özəl)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Mastercard hazırda Azərbaycanda nəqliyyat layihələrinin genişləndirilməsi üzərində işləyir.

Bu barədə Trend-ə Mastercard-ın Azərbaycan üzrə regional meneceri Emil Zeynalov deyib.

"Nəqliyyat sektorunda böyük təcrübəmiz var və Türkiyə də daxil olmaqla dünyanın onlarla ölkəsində layihələri uğurla həyata keçiririk", - deyə E.Zeynalov qeyd edib.

Onun sözlərinə görə, müxtəlif şəhərlərdə müştərilər ictimai nəqliyyatda ödəniş etmək üçün Mastercard kartlarından istifadə edə bilərlər.

"2021-ci ildə yerli banklardan biri ilə birgə Şamaxıda uğurlu nəqliyyat layihəsinə start verdik. İstifadəçilər artıq üç ildir ki, səyahət haqqını nağdsız ödəyə bilirlər ki, bu da onlara əhəmiyyətli üstünlüklər verir. Bu təcrübəni Azərbaycanın digər şəhərlərində də genişləndirmək üçün dövlət qurumları və bank tərəfdaşları ilə də fəal əməkdaşlıq edirik", - deyə o vurğulayıb.

Qeyd edək ki, Mastercard kredit, debet və öncədən ödənişli kartlar daxil olmaqla, maliyyə xidmətləri göstərən beynəlxalq ödəniş sistemidir. O, kart sahiblərinə dünya üzrə milyonlarla satış nöqtələrində nağdsız ödənişlər etmək imkanı verir. Mastercard həmçinin banklara, ticarət qurumlarına və digər maliyyə institutlarına texnoloji həllər təqdim edir. Mastercard kartları bir çox ölkələrdə qəbul edilir və geniş çeşiddə əməliyyatlar, o cümlədən, mağazadaxili alış-verişlər, onlayn əməliyyatlar, bankomatlardan nağd pul çıxarılması və digər maliyyə əməliyyatları üçün istifadə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti