...

Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA

İqtisadiyyat Materials 4 İyul 2024 09:54 (UTC +04:00)
Bakıdan Naxçıvana avtobus reyslərinin sayı artırılacaq? - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun sayının artırılacağı barədə bəzi sosial şəbəkələrdə məlumatlar yayılıb.

Məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutu üzrə gün ərzində saat 9:00, 19:00, 20:00 və 21:00 olmaqla 4 reys həyata keçirilir.

"Sərnişin tələbatı yarandığı təqdirdə reyslərin sayı 6-ya çatdırılır. Hazırda bu istiqamətdə sərnişin sıxlığı müşahidə edilmir. Sərnişinlər biletləri onlayn qaydada “biletim.az” portalından və avtovağzalların kassalarından əldə edə bilirlər", - deyə qurumdan məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti