...

ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının bir sıra sənədləri imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyul 2024 12:18 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

İyulun 4-də Astanada Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasının bir sıra sənədləri imzalanıb.

Trend xəbər verir ki, Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən "Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi haqqında", "ŞƏT-in təkmilləşdirilməsi haqqında" təşəbbüs, eləcə də enerji əməkdaşlığının inkişafına haqqında qərar, ŞƏT-ə üzv ölkələrin investorlar assosiasiyası haqqında, mühafizə olunan ərazilər və iqtisadi turizm sahəsində əməkdaşlıq proqramının təsdiqlənməsi haqqında qərar qəbul olunub.

Qeyd edək ki, ŞƏT sammiti Qazaxıstanın sədrliyi ilə keçirilir. Tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏT-in Baş katibi və regional ŞƏT antiterror strukturunun icraçı direktoru iştirak edir.

Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Komissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclası " və "ŞƏT+" iclası formatında keçirilir.

Bütünlükdə dövlət başçıları ŞƏT-in çoxplanlı əməkdaşlığının, onun perspektivlərinin daha da möhkəmləndirilməsinə, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə imkan yaradan geniş spektrli məsələləri nəzərdən keçirirlər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti