...

Əhməd məhkəmədə ifadə verməkdən imtina etdi (ƏLAVƏ OLUNUB)

Gündəm Materials 4 İyul 2024 13:00 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Prokurorluq Əhmədin cəzadan azad edilməsini, ixtisaslaşmış müalicə müəssisəsinə köçürülməsini məsləhət görüb.

Prokuror qərarı elan etdikdən sonra hakim Səbinə Məmmədzadə Əhməddən özünü təqsirli bilib-bilməməsini soruşub. Əhməd özünü təqsirli bildiyini, anlaqsız vəziyyətdə cinayət törətdiyini deyib.

O, ifadə vermək istəməyib.

XXX
Saat: 13.00

İkisi azyaşlı olmaqla ailəsinin beş üzvünü amansızlıqla öldürməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Trend-in məlumatına görə, Əhməd polisin müşayiəti ilə saxlanıldığı xüsusi xəstəxanadan Bakı Ağır Cinayətlər Məhkəməsinə gətirilib.

Məlum olduğu kimi, Əhməd ekspert rəyləri ilə anlaqsız hesab edilib. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq, məhkəmədə qanuni nümayəndəsi ilə iştirak edib.

İlk baxış iclasının mahiyətinə uyğun olaraq, əvvəlcə prokurorluğun göndərdiyi qərar elan edilib.

Qərarda deyilir ki, təqsirləndirilən şəxs hadisəni anlaqsız vəziyyətdə törədib. Hazırda da ağır psixi xəstədir.

Prokurorluğun məhkəməyə göndərdiyi qərarda Əhməd Əhmədovun cəzadan azad edilərək, ixtisaslaşmış tibb müəssisəsinə yerləşdirilməsi məsələsinə baxılması təklif edilir.

Qeyd edək ki, ilin ən dəhşətli cinayəti bu ilin fevralında baş verib. 25 yaşlı Əhməd Əhmədov valideynlərini, 9 yaşlı qardaşını, bacısını və onun azyaşlı qızını xüsusi amansızlıqla öldürməkdə ittiham olunur.

Xəbər lenti

Xəbər lenti