Bakı. Trend:
Azərbaycana idxal olunan noxud oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart aylarında gömrük rüsumundan azad ediləcək.
Trend-in məlumatına görə, bu barədə Baş nazir Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərara əsasən, fevral, mart, aprel və may ayları üzrə” sözləri “oktyabr, noyabr, dekabr, yanvar, fevral və mart ayları üzrə” sözləri ilə əvəz edilib. Bununla da gömrük rüsumundan azad olma daha iki ay uzadılıb.