...

Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Qazaxıstandan Çinə keçib

Siyasət Materials 4 İyul 2024 13:46 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) sədrlik Qazaxıstandan Çinə keçib. Qurumun növbəti sammiti gələn il Çində keçiriləcək.

Trend xəbər verir ki, bu barədə Qazaxıstan paytaxtında imzalanan ŞƏT Dövlət Başçıları Şurasının Astana Bəyannaməsində bildirilib.

Qazaxıstan Astana Sammitində ŞƏT-ə birillik sədrlik dövrünü yekunlaşdırıb. Bu müddətdə təşkilat çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 150-dən çox tədbir keçirilib.

Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə yaradılıb. İlkin olaraq təşkilata altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistan daxil idi. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə isə İran təşkilata tamhüquqlu üzv olub. Belarus isə bu gün keçirilən Sammitdə rəsmi olaraq ŞƏT-ə tamhüquqlu üzv qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti