Bakı. Trend:
Bu gün Xırdalanda şəbəkə xəttində baş verən qəza ilə bağlı suyun verilişi dayandırılıb.
Bu barədə Trend-ə Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndəsi Anar Cəbrayıllı məlumat verib.
O bildirib ki, axıntının qarşısı alınıb.
"Təmir davam edir və yekunlaşmaq üzrədir", - deyə o qeyd edib edib.