Bakı. Trend:
Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa Kuboku keçiriləcək.
Trend İdman.biz-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti açıqlayıb.
İyulun 6-7-də keçiriləcək yarışda Azərbaycan 14 cüdoçu ilə təmsil olunacaq. Millimiz turnirə gənclərdən ibarət yığmanın baş məşqçisi Elxan Məmmədovun rəhbərliyi altında yollanacaq.
O, yarışda Xəyal Həsənov, Eltun İmranov, Amin İsmayılov (hamısı 60 kq), Rüfət Aydınov, Mehdi Cəfərov, Eltac Yusifli (hamısı 66 kq), Elnur Qasilov (73 kq), Mamed Əzizbekov, Qadir Hüseynov (hər ikisi 81 kq), Aslan Kotsoyev, Davud Namazlı, İsmayıl Zamanov (hamısı 90 kq), Eldar Əliyev, İlkin Baxşaliyevə (hər ikisi +100 kq) şans verəcək.
Qeyd edək ki, turnirdə 26 ölkədən 435 idmançı iştirak edəcək.