Bakı. Trend:
2024-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin Gürcüstana pul köçürmələrinin həcmi 14,645 milyon dollar olub.
Trend bu barədə Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Bankın məlumatları əsasında hesablamalara görə, bu göstərici ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 14,66 faiz və ya 1,872 milyon dollar artıb.
Köçürmələrin ümumi həcmində Gürcüstana köçürmələrin payı 11,1 faiz təşkil edir.
Qeyd edək ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin Gürcüstana pul köçürmələrinin həcmi 58,849 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycanda fiziki şəxslərin xarici ölkələrə pul köçürmələrinin həcmi 550,126 milyon ABŞ dolları olub.
(Tərcümə: Rəna Əbdürəhmanova)