Bakı. Trend:
Böyük Britaniyada parlament seçkiləri keçiriləcək.
Trend-in məlumatına görə, seçki məntəqələri yerli vaxtla saat 07:00-dan 22:00-dək açıq olacaq. Britaniya parlamenti beş il müddətinə seçilir və parlamentdə üstünlüyü əldə etmək üçün partiya 650 yerdən 326-nı qazanmalıdır.
İlkin nəticələrin saat 23:30-da, yenilənmiş məlumatların isə 03:00-05:00 arasında dərc ediləcəyi gözlənilir.