...

Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 3 medal qazanıb

İdman Materials 4 İyul 2024 03:36 (UTC +04:00)
Yunan-Roma güləşçilərimiz Avropa çempionatında 3 medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında yunan-Roma güləşçilərinin mübarizəsi başa çatıb.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, yığmamız daha 3 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberlə qarşılaşıb. Görüş rəqib idmançının qələbəsi ilə başa çatıb.

Tural Əhmədov (60 kq) 3-cü yer uğrunda ukraynalı Bohdan Qrişinlə qarşılaşıb. Güləşçimiz 3:1 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.

Ruslan Nurullayev isə (72 kq) Turalın uğurunu təkrarlayıb. O, bürünc uğrunda qarşılaşmada Arionas Kolitsopulosla üz-üzə gəlib və 4:1 hesabı ilə qalib gəlib.

Fəraim Mustafayev (67 kq) isə bürünc qazanmaq şansını əldən verib. O, həlledici görüşdə gürcüstanlı Rati Xozrevanidziyə 0:11 hesabı ilə uduzub.

Qeyd edək ki, Novi Sadda ilk medalı hesabına Məhəmməd Şükürzadə (63 kq) yazdırıb. O, bürünc qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti