...

Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır - Si Cinpin

Siyasət Materials 3 İyul 2024 22:12 (UTC +04:00)
Azərbaycan və Çin yaxşı dostlardır, yaxşı tərəfdaşlardır - Si Cinpin
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

Ölkələrimiz yaxşı dostlardır, bərabərlik və qarşılıqlı faydaya əsaslanan yaxşı tərəfdaşlardır.

Trend xəbər verir ki, bu sözləri Çin Xalq Respublikasının Sədri Si Cinpin Astanada Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə söyləyib.

Çin-Azərbaycan münasibətlərinin həmişə sağlam və sabit şəkildə inkişaf etdiyini vurğulayan Si Cinpin bildirib ki, iki ölkə arasında əməkdaşlıq səmərəli nəticələr verib və daha zəngin strateji məzmuna çatıb. Biz xalqlarımızın rifahı naminə qarşılıqlı dəstəyi artırmağa davam edəcəyik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti