...

Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir

İqtisadiyyat Materials 4 İyul 2024 10:58 (UTC +04:00)
Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti keçirilir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Astana. Trend:

4 iyul 2024-cü ildə Astana şəhərinin Müstəqillik Sarayında Qazaxıstan Respublikasının sədrliyi altında Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti keçirilir.

Trend xəbər verir ki, tədbirdə Qazaxıstan, Hindistan, İran, Çin, Qırğızıstan, Pakistan, Rusiya, Tacikistan, Özbəkistan, Belarus, Monqolustan, Azərbaycan, Qətər, BƏƏ, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları, həmçinin ŞƏ-in Baş katibi və regional ŞƏT antiterror strukturunun icraçı direktoru iştirak edir.

Sammitdə həmçinin BMT-nin Baş katibi və Müstəqil Dövlətlər Birliyi (MDB), İslam Əməkdaşlıq Tə.kilatı (İƏT), Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT), Avrasiya İqtisadi Komissiyası (AİK) və Qida Təhlükəsizliyi üzrə İslam Təşkilatı (IOFS) kimi beynəlxalq təşkilatların rəhbərləri iştirak edirlər.

ŞƏT sammiti ilk dəfədir ki, "ŞƏT-ə üzv dövlətlərin rəhbərlərinin Şurasının İclası" və "ŞƏT+" iclası formatında keçirilir.

ŞƏT-ə üzv ölkələrin Dövlət Başçıları Şurasının iclasında Astana Bəyannaməsi, 20 qərar, dövlət başçılarının 3 bəyanatı, o cümlədən "Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi haqqında", "ŞƏT-in təkmilləşdirilməsi haqqında" təşəbbüs qəbul ediləcək.

Bütünlükdə dövlət başçıları ŞƏT-in çoxplanlı əməkdaşlığının, onun perspektivlərinin daha da möhkəmləndirilməsinə, eləcə də aktual beynəlxalq və regional problemlərin həllinə imkan yaradan geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.

"ŞƏT+" iclası "Ədalətli dünya, harmoniya və inkişaf naminə dünya birliyi haqqında" mövzusunda geniş tərkibdə keçiriləcək.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti