...

Paytaxtın bu küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır

Cəmiyyət Materials 4 İyul 2024 06:21 (UTC +04:00)
Paytaxtın bu küçəsində avtobusların hərəkəti məhdudlaşdırılır
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 4-də saat 07:00-dan iyulun 5-də saat 22:00-dək Mikayıl Müşfiq küçəsində (Parlament prospektindən İsmayıl bəy Qutqaşınlı küçəsinədək) nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət qoyulacaq.

AYNA-dan Trend-ə bildirilib ki, tətbiq ediləcək məhdudiyyətlə əlaqədar Mikayıl Müşfiq küçəsinə daxil olan 6, 10, 31, 53 və 77 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Parlament və Hüseyn Cavid prospektləri, eləcə də Mehdi Hüseyn küçəsi ilə təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti