...

“Arsenal” italiyalı müdafiəçinin razılığını alıb

İdman Materials 4 İyul 2024 01:57 (UTC +04:00)

Bakı. Trend:

Rikkardo Kalafiori “Arsenal”a keçməyə razılıq verib.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, italiyalı müdafiəçi London klubu ilə müqavilənin detallarında ortaq məxrəcə gəlib.

“Bolonya” Kalafiorinin keçidi üçün 50 milyon avro tələb edir. Əgər kıub qiymət məsələsində razılıq əldə etsələr, 22 yaşlı futbolçu növbəti mövsümə İngiltərədə start verəcək. Londonun digər təmsilçisi “Çelsi” də Rikkardo ilə maraqlanır.

Qeyd edək ki, İtaliya yığmasının üzvü 2023-cü ilin yayından “Bolonya”da çıxış edir. O, son mövsümdə 33 oyunda 2 qol və 5 ötürmə ilə yadda qalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti