Bakı. Trend:
Dağıstanda niqab taxmaq müvəqqəti olaraq qadağan edilib.
Trend xəbər verir ki, bu barədə Dağıstan Respublikasının müftisinin müavini Abdulla Səlimov məlumat yayıb.
Onun sözlərinə görə, qadağa aşkarlanmış təhdidlər aradan qalxana və yeni teoloji rəy verilənə qədər qüvvədə qalacaq.
Xatırladaq ki, iyunun 23-də Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum edilib. Terror aktı nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.