...

Astanada Prezident İlham Əliyevlə Vladimir Putin arasında görüş olacaq

Siyasət Materials 2 İyul 2024 18:40 (UTC +04:00)
Astanada Prezident İlham Əliyevlə Vladimir Putin arasında görüş olacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Astanada sammitinin rəsmi açılışından bir gün əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putin arasında görüş olacaq.

Trend TASS-a istinadən xəbər verir ki, bu barədə bu gün Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.

Qeyd edək ki, ŞƏT-in Zirvə toplantısı iyulun 4-də Qazaxıstanın sədrliyi ilə keçiriləcək.

Tədbir ilk dəfə olaraq “ŞƏT-ə üzv dövlətlərin rəhbərləri şurasının iclası” və “ŞƏT Plus” görüşü formatında keçiriləcək.

Dövlət başçıları ŞƏT-in çoxşaxəli əməkdaşlığını, onun perspektivlərini, eləcə də aktual beynəlxalq və regional problemlərin həllini daha da gücləndirəcək geniş spektrli məsələləri nəzərdən keçirəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti