Bakı. Trend:
Fərdi məlumatların toplanılması və işlənilməsi ilə bağlı tərəflərin öhdəlikləri qanunvericiliklə müəyyən edilir və onlara əməl edilməməsi məsuliyyətə səbəb olur.
Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Öhdəliklərinizlə bağlı sizi məlumatlandırmaq məqsədilə Elektron Təhlükəsizlik Xidməti tərəfindən xüsusi video-çarx hazırlanmışdır.
Hər hansı sualınız olduğu təqdirdə, bizə müraciət edə bilərsiniz.