Bakı. Trend:
Rusiyanın Sverdlovsk vilayətində kimyəvi maddələr olan anbar yanıb.
Trend bu barədə rus KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, alov kimyəvi maddələr, reagentlər və gübrələr istehsal edən "Petronit" şirkətinin anbarını bürüyüb. Yanğın zamanı bir neçə partlayış səsi eşidilib.
Zərərçəkənlərlə bağlı məlumat dəqiqləşdirilir.