...

Türkiyə Suriya və İraqın şimalında 11 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 3 İyul 2024 20:09 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə İraqın şimalında Hakurk bölgəsində 6 PKK terrorçusunu və "Barış Pınarı" bölgəsinə hücuma hazırlaşan 5 PKK/YPG terrorçusunun zərərsizləşdirib.

Trend xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalındakı PKK/YPG terrorçularına qarşı əməliyyatları fasiləsiz şəkildə davam edir.

"Bölgədə tək bir terrorçu qalmayana qədər əməliyyatlarımız qətiyyətlə davam edəcək", - paylaşımda deyilir.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti