...

“Neftçi”nin Çempionlar Liqasındakı mümkün rəqibləri bəlli olub

İdman Materials 2 İyul 2024 17:50 (UTC +04:00)

Bakı. Trend:

Qadın futbolçular arasında Çempionlar Liqasının 2024/25 mövsümünün püşkatmasının detalları bəlli olub.

Trend İdman.biz-ə istinadən xəbər verir ki, iyulun 5-də keçiriləcək tədbir İsveçrənin Nyon şəhərində baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Tədbirdə Azərbaycan çempionu “Neftçi”nin də rəqibləri bəlli olacaq.

“Ağ-qaralar” yarışa 1-ci mərhələdən başlayacaq. Çempionlar yolunun bu raundunda 43 komanda iştirak edəcək.

Komandalar onunda 4, birində 3 komanda olmaqla ümumilikdə 11 qrupa bölünəcək. Hər qrupun oyunu bir ölkədə keçiriləcək.

Qrupların yarımfinalları sentyabrın 4-də, final və 3-cü yer uğrunda matçları 7-də baş tutacaq. 11 qalib 2-ci mərhələdə “Slaviya” (Çexiya), “Roma” (İtaliya) və “Hammarbü”yə (İsveç) qoşulacaq. Buradakı 7 cüt qrup mərhələsinə vəsiqələrin sahiblərini müəyyənləşdirəcək.

Püşk ərəfəsində komandalar səbətlərə bölünüb. 22 klub səpələnmiş, 21-i səpələnməmiş yer alıb.

Hər qrupda iki səpələnmiş komanda olacaq. 10 qrupda iki, 1 qrupda bir səpələnməmiş mübarizə aparacaq.

“Neftçi” səpələnməmişlər sırasında yer alıb. Bakı klubu Ermənistan klubu ilə qarşılaşa bilməz. Bu səbəbdən də təmsilçimizin 41 mümkün rəqibi var. Onlardan 22-si səpələnmiş, 19-u səpələnməmişdir.

I mərhələ
Çempionlar yolu
Səpələnmişlər

“Benfika” (Portuqaliya)
“Sankt Polten” (İsveçrə)
“BİİK-Şımkent” (Qazaxıstan)
“Tvente” (Niderland)
“Vlajniya” (Albaniya)
“Valarenqa” (Norveç)
“Vorskla” (Ukrayna)
“Apollon” (Kipr)
“Anderlext” (Belçika)
“Valyur” (İslandiya)
“Sarayevo” (Bosniya və Herseqovina)
“Ferensvaroş” (Macarıstan)
“Servett” (İsveçrə)
“Mura” (Sloveniya)
“Gintra” (Litva)
“Dinamo-BSU” (Belarus)
PAOK (Yunanıstan)
“Brejnitsa” (Monteneqro)
“Union” (Lüksemburq)
“Kuopio” (Finlandiya)
“Mitrovitsa” (Kosovo)
“Osiyek” (Xorvatiya)

Səpələnməmişlər
“Birkirkara” (Malta)
RFS (Latviya)
“Flora” (Estoniya)
“Giryat Qat” (İsrail)
“Seltik” (Şotlandiya)
“Aqarista” (Moldova)
“Lançxuti” (Gürcüstan)
“NSA Sofiya” (Bolqarıstan)
“Klaksvik” (Farer adaları)
“Nordsyelland” (Danimarka)
“Spartak Miyava” (Slovakiya)
“Pimunt Yunayted” (İrlandiya)
“Qlentoran” (Şimali İrlandiya)
“Lyuboten” (Şimali Makedoniya)
“Srvena Zvezda” (Serbiya)
“Kardiff Siti” (Uels)
“Poqon” (Polşa)
“Farul” (Rumıniya)
“Qalatasaray” (Türkiyə)
“Neftçi” (Azərbaycan)
“Pünik” (Ermənistan)

Qeyd edək ki, Azərbaycan 2007/08 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasında təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti