...

Həyətində çətənə kolları yetişdirən Salyan sakini ələ keçib

Cəmiyyət Materials 3 İyul 2024 13:22 (UTC +04:00)
Həyətində çətənə kolları yetişdirən Salyan sakini ələ keçib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əyyar Ələkbərov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 20 kiloqram olan 12 ədəd çətənə kolu aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti