...

Beyləqanda ağır qəza: Ölənlər və yaralananlar var

Gündəm Materials 3 İyul 2024 10:18 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Beyləqanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, prospektlə hərəkətdə olan "Hyundai" markalı minik maşını "Mercedes" markalı minik avtomobili ilə toqquşub. Nəticədə iki nəfər həyatın itirib, beş nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.

Həyatını itirən şəxslər, 1958-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynov Nizami İsa oğlu və 1965-ci il təvəllüdlü, Beyləqan rayon sakini, Məmmədova Sabirə Sümbət qızıdır. Yaralılar isə 1978-ci il təvəllüdlü, Beyləqan rayon sakini Xankişiyev Ramiz Əli oğlu, 1987-ci il təvəllüdlü, Beyləqan rayon sakini Hüseynova Nərgiz Nizami qızı, 1990-cı il təvəllüdlü, Beynələqan rayon sakini Bəndəliyev İmaməddin Murtuza oğlu, 2017-ci il təvəllüdlü, Bakı şəhər Sabunçu rayon sakini, Məlikzadə Raul Vüsal oğlu və 2010-cu il təvəllüdlü Məlikzadə İbrahim Vüsal oğludur.

Faktla bağlı cinayət araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti