...

Müdafiə Nazirliyinə yeni səlahiyyət verilib

Gündəm Materials 3 İyul 2024 09:45 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Məhkəmə eksperti şəhadətnaməsinin verilməsi qaydası”na dəyişiklik edilib.

Trend-in məlumatına görə, Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, “Məhkəmə ekspertlərinin attestasiyasının keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydaları”nın 1.5-ci bəndinə “Səhiyyə Nazirliyinin” sözlərindən sonra “, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin” sözləri əlavə edilib.

Dəyişiklikdən sonra Müdafiə Nazirliyi də tabeliyində olan məhkəmə ekspertizası idarələrinin ekspertlərinin attestasiyası və onlara ixtisas dərəcəsinin verilməsi üçün yaradılan ekspert-ixtisas komissiyalarında təmsil olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti