Bakı. Trend:
"Microsoft" korporasiyasının keçmiş baş direktoru ilk dəfə
olaraq şirkətin həmtəsisçisindən daha zəngin olub.
Trend xarici KİV-lərə istinadən
xəbər verir ki, 2000-2014-cü illərdə "Microsoft"un baş icraçı
direktoru olmuş amerikalı iş adamı Stiv Balmer dünyanın 6-cı ən
varlı adamı olub.
"Microsoft"un səhmləri rekord qıraraq ilin əvvəlindən bəri 21 faiz
artıb. "Microsoft" "OpenAI" ilə birgə ABŞ Fond Birjasında süni
intellekt rallisindən ən çox faydalanan şirkətlərdən biri olub.
Stiv Balmerin 157,2 milyard dollarlıq xalis sərvətinin 90 faizindən çoxu "Microsoft"un səhmlərindədir.