...

Xətai rayonunda yerləşən obyektlərdə yanğın baş verib

Hadisə Materials 3 İyul 2024 00:35 (UTC +04:00)
Xətai rayonunda yerləşən obyektlərdə yanğın baş verib

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 100 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (təndirxana, bərbərxana və market kimi fəaliyyət göstərir) təndirxananın yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, yüksək temperaturdan bərbərxananın lambirdən ibarət tavanı 30 m² sahədə əriyib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti