...

Ağalı məktəbinin direktoru istefa verib - AÇIQLAMA

Cəmiyyət Materials 3 İyul 2024 09:58 (UTC +04:00)
Ağalı məktəbinin direktoru istefa verib - AÇIQLAMA
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbinin direktoru Nərmin Həsənova vəzifəsindən azad edilib.

Trend “Azərbaycan müəllimi” qəzetinə istinadən xəbər verir ki, bu məlumatı Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən təsdiqləyiblər. İdarədən bildirlib ki, o, vəzifəsindən azad edilməsi ilə bağlı özü ərizə yazıb.

Direktor vəzifəsindən ayrılmasına səbəb kimi isə səhhətində yaranan problemləri qeyd edib. O, fəaliyyətini sözügedən təhsil müəssisəsində müəllim kimi davam etdirəcək.

Qeyd edək ki, N.Həsənova bu vəzifəyə 2022-ci ildə təyinat alıb. O daha öncə Zəngilan rayon 14 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən, həmçinin o da bildirlib ki, Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru Həsənova Nərmin işlədiyi müddətdə vəzifə funksiyalarının icrasına hər zaman məsuliyyətlə yanaşıb, öhdəliklərini layiqincə yerinə yetirib.

Məsələ ilə bağlı Nərminə Həsənova da açıqlama verib. O açıqlamasında qeyd edib ki, Böyük Qayıdışın ilk məktəbi – Zəngilan rayonu Ağalı kənd tam orta məktəbinin direktoru olmaq qürurverici hissdir:

“Doğma torpaqlarda müəllimlərimiz, şagird və valideynlərimizlə əl-ələ verib təhsilimiz üçün var gücümüzlə çalışdıq.

Təəssüf ki, səhhətimdə yaranmış problemlərlə bağlı məktəb direktoru vəzifəsindən ayrılmalı oldum. Ancaq doğma Ağalıda tarix müəllimi kimi fəaliyyətimi davam etdirəcəyəm.

Yeni təyin olunacaq direktorumuza da fəaliyyətində uğurlar arzulayıram. İnanıram ki, kollektivimizlə birgə böyük uğurlara imza atacağıq”, - deyə N.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti