...

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib

Gündəm Materials 3 İyul 2024 10:18 (UTC +04:00)
Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Tibb baş idarəsinə rəis təyin edilib.

Trend xəbər verir ki, Ədliyyə nazirinin müvafiq əmri ilə Cəmil Kamilli Tibb baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Cəmil Kamilli 1987-ci ildə anadan olub. 2010-cu ildə Azərbaycan Tibb Universitetini ümumi cərrahiyyə ixtisası üzrə bitirib. O, 2012-2015-ci illərdə Türkiyə Respublikasının Hacettepe Universitetinin Tibb fakültəsində tibbi-elmi araşdırmalar apararaq qastroenterologiya üzrə üst ixtisas dərəcəsi əldə edib.

Əmək fəaliyyətinə 2008-ci ildə Kliniki Tibbi Mərkəzdə başlayan Cəmil Kamilli 2010-2011-ci illərdə Masallı Rayon Mərkəzi Xəstəxanasında həkim kimi çalışıb.

Cəmil Kamilli 2016-2019-cu illərdə Respublika Müalicəvi Diaqnostika Mərkəzində, 2019-cu ildən bu vəzifəyə təyin olunanadək isə “Leyla Medical Center” MMC-də həkim-qastroenteroloq kimi fəaliyyət göstərib.

Xəbər lenti

Xəbər lenti