İranda "denge" qızdırmasına görə həyəcan təbili çalındı

Dünya xəbərləri Xəbər 2 İyul 2024 18:18 (UTC +04:00)
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

İranda "denge" qızdırmasının epidemik hal alması təhlükəsi var.

Trend-in məlumatına görə, bunu İranın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin idarəolunması mərkəzinin direktoru Şəhnam Ərşi Tehranda nazirlikdə təşkil olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda ölkənin 7 vilayətində (Sistan və Bəluçlestan, Hörmüzqan, Buşehr, Xuzistan, Gilan, Mazandaran və Gülüstan) “aedes” ağcaqanadı vasitəsi ilə denge qızdırmasının yayılması riski böyükdür. Bundan başqa, ölkənin Qəzvin, Məşhəd və Qum kimi şəhərlərində də bu xəstəlik müşahidə olunub.

Ərşi deyib ki, İranın cənubunda yerləşən BƏƏ kimi ölkələrdə “aedes” ağcaqanadı mövcuddur. İranda da ağcaqanadlar denge qızdırmasının daşıyıcılarına çevrilirlər. Gec-tez ölkənin digər vilayətlərində də xəstəlik yayıla və epidemiyanın şahidi ola bilərik.

Qeyd edək ki, 20 apreldən bəri İranda denge qızdırmasına yoluxanların sayı 138 nəfərə çatıb. İranın Səhiyyə Nazirliyi yoluxanların əksəriyyətinin BƏƏ, Pakistan, İraq və digər ölkələrdən gəldiyini və ölkə daxilində yoluxmanın 7 nəfər olduğunu bildirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti