Bakı. Trend:
2024-cü ilin yanvar-may aylarında ABŞ-dan Türk limanlarına 8 milyon 372 min 211 ton yük daşınıb.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə
bayrağı altında üzən gəmilər ABŞ-dan limanlara 368 min 873 ton yük
daşıyıb.
“Bu ilin yanvar-may aylarında ABŞ-dan Türkiyəyə digər dövlətlərin
bayrağı altında üzən gəmilərlə 8 milyon 3 min 338 ton yük daşınıb”
– deyə nazirlikdən bildiriblər.
Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində
Türkiyəyə ABŞ bayrağı ilə üzən gəmilərlə ABŞ-dan yük çatdırılma
olmayıb.
2024-cü ilin yanvar-aprel aylarında Türkiyə limanlarına ABŞ-dan 145
min 279 ton tranzit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin may ayında Türkiyə limanları 34
milyon 717 min 959 ton yük qəbul edib.
Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili
limanlara yük qəbulu 2 milyon 309 min 446 ton təşkil edib.
Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə
yük daşınması 32 milyon 408 min 513 ton olub.
Bununla yanaşı, 2024-cü ilin may ayında Türkiyə limanlarından 5
milyon 524 min 847 ton tranzit yük daşınıb.
2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 171 milyon 891
min 161 ton yük qəbul edib.
Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 12 milyon 375 min 982
ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə
Türkiyə limanlarına yükdaşımalar 159 milyon 515 min 179 ton təşkil
edib.
2024-cü ilin yanvar-may aylarında Türkiyə limanlarından 28 milyon
463 min 544 ton tranzit yük daşınıb.
Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 5 min 289 gəmi
qəbul edib. Bu dövrdə Türkiyə limanlarına digər ölkələrin
bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 566, Türkiyə
bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 723 olub.
2024-cü ilin yanvar-may aylarında Türkiyə limanları 23 min 770 gəmi
qəbul edib. Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul
edilən digər ölkələrin bayraqları altında olan gəmilər 16 min 272,
Türkiyə bayrağı altında olan gəmilər isə 7 min 498 olub.