...

Seçkilərdə beynəlxalq müşahidəçilər üçün dəvətlər hazırlanır - MSK sədri

Siyasət Materials 2 İyul 2024 16:52 (UTC +04:00)
Seçkilərdə beynəlxalq müşahidəçilər üçün dəvətlər hazırlanır - MSK sədri
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Prezident seçkilərində on mindən çox beynəlxalq müşahidəçi olub. Bu dəfə də həmin dəvətlər hazırlanır.

Trend xəbər verir ki, bunun Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Məzahir Pənahov deyib.

O bildirib ki çalışmalıyıq ki, müşahidəçilərlə bağlı göstəricilər əvvəlki illərdən az olmasın.

“Veb kameralarla bağlı işlərə artıq başlanılmalıdır. Bəzən xətlərdə sıradan çıxma halları ola bilər, bunu müəyyən edib qarşısını almaq üçün öncədən baxılmalıdır. Seçki prosesi səhər saat 07:00-dan sona qədər yayımlanmalı və diqqətdə saxlanılmalıdır”, - deyə M.Pənahov qeyd edib.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti