...

Rusiya ATƏT PA-nın fəaliyyətində iştirakını dayandıracaq

Dünya xəbərləri Materials 3 İyul 2024 17:37 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiya Dövlət Duması və Federasiya Şurası ATƏT-in Parlament Assambleyasının fəaliyyətində iştirakın dayandırılması ilə bağlı bəyanatlar qəbul edib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Məlumata görə, Rusiya həmçinin üzvlük ödənişi etməyi dayandıracaq.

Qərara səbəb olaraq təşkilatdakı diskriminativ yanaşmalar, ikili standartlara və total rusofobiya göstərilib.

Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasinə Federal Məclisin müvafiq qərarını dərhal ATƏT PA-ya göndərməyi tapşırıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti