...

Rusiyada casusluq ittihamı ilə saxlanılan fransalının işi ilə bağlı bəzi detallar məlum olub

Dünya xəbərləri Materials 3 İyul 2024 13:13 (UTC +04:00)
Rəna Əbdürəhmanova
Rəna Əbdürəhmanova
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyada casusluq ittihamı ilə saxlanılan Fransa vətəndaşı Loran Klod Jan-Lui Vinatye ölkə ərazisində Rusiya Federasiyasının təhlükəsizliyinə zərər vura biləcək hərbi məlumatlar topladığını etiraf edib.

Trend xəbər verir ki, bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, iş üzrə yeddi şahid dindirilib. Fransa vətəndaşının məlumat toplamaq üçün onlarla görüşlər keçirdiyi məlum olub. Görüşlərin audioqeydləri üzrə linqvistik məhkəmə ekspertizası təyin olunub. Həmçinin istintaq operativ-axtarış fəaliyyətinin nəticələrini gözdən keçirib, müttəhimdən götürülən texniki vasitələrə baxış keçirilib. Vinatye təqsirini tam həcmdə etiraf edib.

Qeyd edək ki, Loran Vinatye iyunun 6-da Moskvada Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən hərbi məlumatları toplamaqda şübhəli bilinərək saxlanılıb.

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə:
Xəbər lenti

Xəbər lenti