...

Erlinq Holand üçün mövsüm erkən başa çatdı

İdman Materials 1 Aprel 2025 08:12 (UTC +04:00)
Erlinq Holand üçün mövsüm erkən başa çatdı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Mançester Siti"nin hücumçusu Erlinq Holand mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Trend xəbər verir ki, norveçli forvard İngiltərə Kubokunun 1/4 finalında "Bornmut"la qarşılaşmada ayaq biləyindən zədələnib.

2:1 hesabı ilə başa çatan görüşün 61-ci dəqiqəsində əvəzlənən Holand stadionu əsanın köməyi ilə tərk edib.

Buna baxmayaraq, ulduz futbolçunun iyunun 15-də start götürəcək Klublararası Dünya Çempionatında oynayacağı gözlənilir.

Qeyd edək ki, Erlinq Holand bu mövsüm bütün turnirlərdə 40 oyuna çıxaraq 30 qol vurub və 4 məhsuldar ötürmə edib.

Xəbər lenti

Xəbər lenti