Bakı. Trend:
Azərbaycanla Ruanda arasında sosial xidmətlər, iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq imkanları müzakirə edilib.
Trend İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, bu, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin Ruanda İnkişaf Şurasının Baş icraçı direktorunun müavini Juliana Muganza ilə görüşü zamanı baş tutub.
Məlumata görə, görüşdə Azərbaycanın sosial xidmətlər sahəsində uğurlu təcrübəsi, bu sahədə aparılmış islahatlar barədə məlumat verilib, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb.
Məlumatda tərəflərin həmçinin iqtisadiyyat, ticarət və humanitar sahələrdə əməkdaşlıq imkanlarını müzakirə etdikləri qeyd olunub.