...

Hakan Fidan Suriyaya səfər edəcək

Dünya xəbərləri Materials 20 Dekabr 2024 15:32 (UTC +04:00)
Hakan Fidan Suriyaya səfər edəcək
Ramazan Abdullayev
Ramazan Abdullayev
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin xarici işlər naziri Hakan Fidan yaxın günlərdə Suriyaya səfər edəcək.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirdə D-8 Zirvəsi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Suriya üçün humanitar yardımlarımız davam edir və edəcək", - deyə Prezident Ərdoğan bildirib.

O, həmçinin, Hakan Fidanın Suriyaya səfər edəcəyini də qeyd edib.

"Türkiyə olaraq indiyədək Suriyaya yeni dövr üçün humanitar yardım çərçivəsində çoxsaylı töhfələr verdik. Bu inqilabdan sonra da yardımlarımız davam edir və davam edəcək. Yeni idarəetmənin xüsusilə ehtiyac duyduğu bir çox sahə var.

Bu sahələrdə onları tək buraxmayacağıq. Xüsusilə İŞİD, PKK/YPG ilə mübarizədə onların tək qalmaması lazımdır. Nə lazımdırsa, onu edəcəyik. Yaxın zamanda xarici işlər nazirimiz Hakan Fidan da oraya səfər edəcək və yeni quruluşu birgə həyata keçirəcəklər", - Ərdoğan əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti