Bakı. Trend:
Pakistanın Federal Vergi İdarəsi (FBR), Azərbaycanla Preferensial Ticarət Sazişi çərçivəsində bir sıra məhsulların idxalı üçün tarif güzəştləri tətbiq edib.
Trend FBR-ə istinadən xəbər verir ki, saziş bu ilin 16 dekabr tarixindən qüvvəyə minib.
FBR tərəfindən dərc edilmiş bildirişə əsasən, güzəştlər aşağıdakı məhsulların idxalına şamil edilir: təmizlənmiş fındıq, ərik, bitki ekstraktları, emal olunmamış tütün, polietilen, propilen kopolimerləri, neft-qaz qazma işləri üçün korpus və qazma boruları, eləcə də maksimum diametri 6 mm-dən çox olan mis naqil.
Bütün məhsullar iki ölkə arasında imzalanmış sazişin şərtlərinə uyğun olmalıdır.
İdarədə qeyd edilib ki, bu güzəştlər ikitərəfli ticarətin inkişafına yönəldilib və preferensial sazişin məqsədlərinə uyğundur.