Bakı. Trend:
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, anderrayter fəaliyyətindəki uğurlu layihələrinin davamı olaraq bu dəfə "Silk Vey Vest Aviaşirkəti" MMC-nin 30 milyon ABŞ dolları nominal dəyərində istiqrazlarının 20 milyon dollar həcmində yüksək gəlirli 1-ci tranşı üzrə yerləşdirilməsini elan edir. Müxtəlif yükdaşıma ehtiyacları üçün sərfəli həllər təqdim edən "Silk Vey Vest Aviaşirkəti" MMC-nin istiqrazları yerli kapital bazarlarında etibarlı və stabil gəlir əldə etmək istəyən investorlar üçün ilin son fürsəti kimi dəyərləndirilir.
İstiqrazların əsas xüsusiyyətləri:
- Nominal dəyər: 1000 ABŞ dolları
- Gəlirlilik faizi: illik 5.5%-dək
- Ödəniş müddəti: rüblük
- Tədavül müddəti: 3 il
- Növ: Sənədsiz, adlı, faizli, təmin edilməmiş
İstiqrazların ilkin yerləşdirilməsi Bakı Fond Birjasında 23 dekabr 2024-cü il tarixində rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir. Emissiyanın anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
İlin son fürsətindan – yüksək gəlir qazandıran Silkvey istiqrazlarından faydalanmaq istəyən şəxslər PAŞA Kapital şirkətinə bu link vasitəsilə müraciət edə bilər.
PAŞA Kapital-ın məhsul və xidmətləri haqqında daha ətraflı məlumat üçün 1548 nömrəsi ilə əlaqə saxlaya və ya https://www.pashacapital.az/ saytına daxil ola bilərsiniz.