...

Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək - FƏRMAN

Siyasət Materials 20 Dekabr 2024 15:54 (UTC +04:00)
Valideyn himayəsindən məhrum olmuş uşaqlara 6000 manat birdəfəlik müavinət veriləcək - FƏRMAN
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Prezident İlham Əliyev “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 79-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında fərman imzalayıb.

Trend xəbər verir ki, müəyyən edilib ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara, habelə onların arasından olan şəxslərə ilk dəfə işə düzəldikləri zaman ödənilən birdəfəlik müavinətin məbləği 6000 (altı min) manat müəyyən edilir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti sözügedən Qanunundan və bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.

Bu Fərman 2024-cü il sentyabrın 15-dən tətbiq edilir.

Xəbər lenti

Xəbər lenti