...

Saray qəsəbəsindəki yanğında bir nəfər xəsarət alıb - TƏBİB

Hadisə Materials 20 Dekabr 2024 15:53 (UTC +04:00)
Saray qəsəbəsindəki yanğında bir nəfər xəsarət alıb - TƏBİB
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Saray qəsəbəsindəki yaşayış binasında baş verən yanğın zamanı 1 nəfər xəsarət alıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 20.12.2024-cü il tarixində saat 12:30 radələrində Sumqayıt, Saray qəsəbəsi MTK ərazisindən yaşayış binasında partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

"Çağırış ünvanına 4 təcili tibbi yardım briqadası cəlb olunub.

2005-ci il təvəllüdlü şəxs (qadın cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına hospitalizasiya edilib.

Üzün, hər iki əlin, sağ budun yanığı diaqnozları təyin edilən şəxsə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi yardım göstərilib. Vəziyyəti orta ağır qiymətləndirilən şəxs Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə təxliyə olunur",- deyə qurumdan əlavə edilib.

Qeyd edək ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın yanğından mühafizə orqanları tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti