...

İnşası davam edən Ro-Pax tipli bərə-gəminin baş mühərriklərinin quraşdırılması prosesi tamamlanıb (FOTO)

İqtisadiyyat Materials 20 Dekabr 2024 10:35 (UTC +04:00)
İnşası davam edən Ro-Pax tipli bərə-gəminin baş mühərriklərinin quraşdırılması prosesi tamamlanıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan Ro-Pax tipli sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan bərə-gəminin baş mühərriklərinin quraşdırılması prosesi başa çatıb.

Trend xəbər verir ki, bundan başqa, gəminin gövdə hissəsi üzrə işlərin 80 faizi tamamlanıb. Gəmi üzrə boru, elektrik, havalandırma və digər sahələrlə bağlı işlər layihə planına uyğun davam edir.

Qeyd edək ki, bu, ASCO-nun sifarişi ilə BGZ-də tikilən sayca üçüncü Ro-Pax tipli gəmidir. Bundan öncə inşa edilərək təhvil verilən eynitipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmiləri hazırda Orta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurla istismar olunur.

Xəbər lenti

Xəbər lenti