...

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb (FOTO)

Cəmiyyət Materials 19 Dekabr 2024 17:24 (UTC +04:00)
ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşları üçün təşkil edilən birillik təlim başa çatıb (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universitetində Veysəloğlu Şirkətlər Qrupunun rəhbər mövqedə çalışan əməkdaşları üçün təşkil edilən "Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi Proqramı" başa çatıb. Bu münasibətlə dekabrın 18-i ADA Universitetində yekun mərasim keçirilib, iştirakçılara sertifikatları təqdim edilib.

Trend xəbər verir ki, mərasimdə çıxəş edən ADA Universitetinin rektoru Hafiz Paşayev çıxışı zamanı vurğulayıb ki, şirkətlərin inkişafı insan resurslarının potensialından asılıdır. Sevindiricidir ki, Veysəloğlu Şirkətlər Qrupu əməkdaşlarının inkişafını təmin etmək üçün onları iş mühitindən universitet mühitinə keçid etməyə təşviq edib.

ADA Universiteti isə onları uzunmüddətli öyrənmə prosesinə cəlb edib. İştirakçılar isə öz növbələrində Şirkətin gələcəyini qurmaq, onu qabağa aparmaq üçün əhəmiyyətli olan, dövrün tələbləri ilə uzalaşan bacarıqlar əldə ediblər.

Veysəloğlu Şirkətlər Qrupunun Təsisçisi və Baş İcraçı Direktoru Aydın Talıbov çıxışında vurğulayıb ki, ötən illər ərzində şirkət tərəfindən əməkdaşların bilik və bacarıqlarının, həmçinin təcrübələrinin artırılması ilə bağlı təlim proqramlarında iştiraka xüsusi önəm verilib. Adətən əməkdaşların belə təlimlərdə iştirak üçün xarici ölkələrə göndərildiyini deyən Aydın Talıbov ADA Universiteti ilə tanışlıqdan sonra belə təlimlərin ölkəmizin hüdudları daxilində də yüksək səviyyədə verilə bilməsindən məmnunluğunu ifadə edib.

Daha sonra, Proqram iştirakçılarından İnsan Resursları direktoru Ziya Rəcəbov və Natavan İbrahimova təəssüratlarını bölüşərkən söyləyiblər ki, sözügedən proqram Universitet-Sənaye əməkdaşlığının uğurlu nümunələrindən biridir, insan kapitalına qoyulan səmərəli investisiyadır.

Şəmsiyyə Mustafayeva təlimçi qismində fikrlərini bölüşərkən deyib ki, intensiv seanslar vasitəsilə liderliyin müxtəlif ölçüləri araşdırılıb, iştirakçılara nəzəriyyənin praktiki tətbiqinə cavab verən zəngin öyrənmə mühiti təqdim edilib.

Qeyd edək ki, rəhbər mövqedə fəaliyyət göstərən əməkdaşların bilik və bacarıqlarının artırılması üçün təşkil edilən bir illik proqram 600-dan çox dərs saatını əhatə edib.

7 modul üzrə iştirakçılar emosional zəka, strateji planlaşdırma, liderlik, idarəçilik, kommunikasiya və digər bacarıqlarını inkişaf etdiriblər.

Öz sahələrində ixtisaslaşmış yerli və xarici ekspertlərin iştirakı ilə tədris edilən modullar qrup işi, real hadisə analizi, simulyasiya kimi interaktiv formatlarda təşkil edilib.

Xatırladaq ki, "Biznesin İdarəedilməsi üzrə​ Kompleks Bacarıqların Gücləndirilməsi proqramı" ADA Universiteti və Veysəloğlu Şirkətlər Qrupu ilə arasındakı əməkdaşlıq memorandumdan irəli gələrək həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti