...

Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir - XİN-dən Fransa səfirinə cavab

Siyasət Materials 19 Dekabr 2024 13:47 (UTC +04:00)
Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir - XİN-dən Fransa səfirinə cavab
Əli Qasımov
Əli Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Anne Boillonun "X" səhifəsindəki postuna cavabında bildirib.

"Xanım səfir Anne Boillon, hökumətin uğursuzluğunu ört-basdır etmək, uğursuz dövlətin göstəricilərindəndir. Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür ki, yeni üsuldur. Amma, bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı Səfirliyi yalnız Fransaya səfər üçün viza vermir", - deyə o bildirib.

A.Hacızadə eyni zamanda real göstəriciləri də paylaşıb:

"Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti