Bakı. Trend:
İran D8 Qrupu çərçivəsində bir sıra müştərək addımların atılmasının tərəfdarıdır.
Trend-in məlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün Misirdə keçirilən D8 Qrupuna üzv ölkələrin dövlət başçılarının sammitində deyib.
Onun sözlərinə görə, "D8 Qrupunun Müştərək İdeya və İnvestisiya Bankı", "Müştərək Elm və Texnologiyalar Parkı", "Elmi və Texnoloji tur və iclasların təşkili", "Tələbə və müəllim mübadiləsi, təhsil və araşdırma imkanlarının yaradılması", "Gənclər üçün iş imkanlarının yaradılması", "Gənclərin problemlərinin həlli istiqamətində kiçik və orta müəssisələrə investisiyaların yatırılması", "Startap şirkətlərin istehsalına dəstək və sərgilərin təşkil olunması" kimi addımlarla üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək olar.
Pezeşkian deyib ki, İran iqtisadi sahələrdə əməkdaşlığı artıracaq istənilən təklif və təşəbbüsü dəstəkləyəcək.