...

Böyük Britaniyanın baş naziri Trampı Ukraynanı dəstəkləməyə çağırıb

Siyasət Materials 19 Dekabr 2024 04:08 (UTC +04:00)
Böyük Britaniyanın baş naziri Trampı Ukraynanı dəstəkləməyə çağırıb

Bakı. Trend:

Böyük Britaniyanın baş naziri Key Starmer ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampla telefon danışığı zamanı onu Ukraynaya dəstək verməyə çağırıb.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniya hökumətinin açıqlamasında bildirilib.

Məlumata əsasən, K.Starmer “müttəfiqlərin Ukraynanın yanında olmasının zəruriliyini bir daha təsdiqləyib”.

Onun fikrincə, Qərb müttəfiqləri Ukraynanın “mamksimum ən güclü mövqedə” olmasını təmin etməlidir.

Bundan əlavə, Böyük Britaniyanın baş naziri Trampla söhbətində Yaxın Şərqdə sülh və təhlükəsizliyin təmin edilməsi üçün birgə çalışmağın vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti