Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiya paketini hazırlayır.
Trend xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Strasburqda Avropa Parlamentinin plenar iclasında çıxışı zamanı bildirib.
"Keçən həftə biz 15-ci sanksiya paketini qəbul etdik. Bu paket Rusiyanın "kölgə donanması"na qarşı tədbirləri və sanksiyaların yan keçilməsinə qarşı mübarizə mexanizmlərini ehtiva edir. Hazırda 16-cı paket üzərində iş gedir", – Ursula fon der Lyayen qeyd edib.
Qeyd edək ki, Aİ-nin əvvəlki sanksiya paketləri Rusiya iqtisadiyyatına, maliyyə sektoruna və strateji əhəmiyyətli sahələrinə təzyiq göstərməyi hədəfləyirdi. Yeni paketlə bağlı təfərrüatlar hələ açıqlanmasa da, onun mövcud tədbirləri gücləndirmək və əlavə məhdudiyyətlər tətbiq etmək məqsədilə hazırlandığı bildirilir.