...

Çin minimal nüvə arsenalını saxladığını bildirdi

Dünya xəbərləri Materials 19 Dekabr 2024 05:51 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin milli təhlükəsizliyini qorumaq üçün lazım olan minimum nüvə arsenalını saxlayır.

Trend-in məlumatına görə, bu barədə Çinin Vaşinqtondakı səfirliyinin mətbuat katibi Lyu Penqyu Pentaqonun ÇXR-in hərbi gücü ilə bağlı ABŞ Konqresinə təqdim etdiyi növbəti illik hesabatını şərh edərkən deyib.

"Çin həmişə nüvə silahının ilk dəfə istifadə edilməməsi siyasətinə sadiq qalaraq və öz nüvə imkanlarını milli təhlükəsizlik üçün zəruri olan minimum səviyyədə saxlayaraq, müdafiə xarakterli nüvə strategiyasına ciddi şəkildə riayət edib. Çin bu cür öhdəliklər götürmüş yeganə nüvə dövlətidir", - deyə diplomat qeyd edib.

Çin səfirliyinin nümayəndəsi vurğulayıb ki, Pekin nüvə silahından Çinin özünə qarşı istifadə etməklə “istifadə etmədikcə və ya hədələmədikcə” heç bir ölkəni nüvə silahından istifadə etməklə hədələməyəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti