Bakı. Trend:
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın administrasiyası ilə Tehran arasında dialoqun bərpası ehtimalı hələ də qalır.
Trend-in məlumatına görə, bu barədə dövlət katibi Entoni Blinken Xarici Əlaqələr Şurasında çıxışı zamanı deyib.
"Düşünürəm ki, danışıqlar perspektivi mövcuddur", - deyə o bildirib.
Onun fikrincə, İran nüvə silahı əldə etməyin fəsadlarından xəbərdardır və heç bir ABŞ administrasiyası Tehrana nüvə silahı əldə etməyə imkan verməyəcək:
"Əminəm ki, bizim administrasiya bu siyasətlərə əməl etdiyi kimi, növbəti administrasiya da eyni siyasətə əməl edəcəkdir".